Paşayevli "Stal"dan qələbə

11:11 - 28 May 2017

Ukrayna çempionatında 31-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Stal" da səfərdə "Zirka" ilə qarşılaşıb və bu görüşdən qələbə ilə ayrılıb - 1:0.

 

Paşayev bu görüşün 80-ci dəqiqəsində meydana çıxıb.

 

Qeyd edək ki, "Stal" 31 turdan sonra 40 xalla ikinci altılıqda yer alan və elitada qalmaq uğrunda mübarizə aparan komandalar 2-ci pillədə qərarlaşıb. 

Xəbər xətti