Aleksandr Səmədov: "Yığmada oynamağı sözlə ifadə etmək mümkün deyil"

Rusiya yığmasının və Moskva "Spartak"ının Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi milli komanda barədə danışıb: "Yenidən öz oyunumuzla azarkeşlərin rəğbətini qazanmaq istəyirik. Məşqçilər korpusundan tamamilə razıyıq. Onlar mənə daim etimad göstərir və mən də öz növbəmdə onları sevindirmək istəyirəm. DÇ-2018-ə ciddi hazırlaşırıq. Üzərimizdə böyük məsuliyyət var. Uğurlu çıxış etmək üçün yaxşı şansımız var. Biz hər zaman qalib gələndə azarkeşlər bizimlə fəxr etməyə başlayırlar. Təbii ki, mənfi hallar da olur. Bizə inanmayan azarkeşləri isə öz gözəl oyunumuzla inandırmağa məcbur etməliyik. Yığmada oynamağı sözlə ifadə etmək mümkün deyil, bu, karyeranın zirvəsidir. Xüsusilə də milli ilə dünya çempionatında oynamaq. Bu, hər oyunçu üçün xoşbəxtlikdir".

 

Rusiya iyunun 5-də Budapeştə Macarıstanla yoldaşlıq oyunu keçirəcək. Həmin oyundan 4 gün sonra şimal qonşularımız Moskvada Çili ilə yoxlama matçında gücünü sınayacaq. Rusiya FİFA Konfederasiyalar kubokunda ilk oyununu iyunun 17-də Yeni Zelandiyaya qarşı keçirəcək. Komandanın qrupdakı digər rəqibləri Portuqaliya və Meksikadır.

Tarix: 28 May [13:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio