"Zirə" legioneri ilə yolları ayırdı

15:39 - 28 May 2017

Başa çatan mövsüm “Zirə”nin heyətində çıxış edən daha bir legionerin taleyinə aydənlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Ben Sanqare ilə danışıqlara yekun vurulub. Qarşılıqlı razılaşmaya əsasən, futbolçunun karyerasını başqa yerdə davam etdirməsinə qərar verilib.

 

“Nansi”nin yetirməsi olan Ben yeniyetmə yaşlarında Almaniyanın “Frayburq” klubunun ikinci komandasında da çıxış edib. Bundan sonra yenidən Fransaya dönən Seneqal əsilli 26 yaşlı cinah futbolçusu aşağı liqa klublarında forma geyinib. Sanqare "Zirə"yə qış fasiləsində transfer edilmişdi.

Xəbər xətti