Ramil Şeydayevin qolları VİDEO

18:18 - 28 May 2017

Slovakiya Fortuna Liqasında 2016/17 mövsümünə yekun vurulub.
 
Sportal.az xəbər verir ki, sonuncu - 33-cü turda millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Jilina” “Podbrezova”nı qəbul edib və  4:0 hesablı qələbə qazanıb.
 
Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil 61-ci dəqiqədə meydana daxil olub. O, 82 və 89-cu dəqiqələrdə qol vurub.
 
Qeyd edək ki, “Jilina” Slovakiya çempionluğunu bir neçə tur əvvəlcədən təmin edib. Komanda liqanı 73 xalla başa vurub.

 

Xəbər xətti