"Roma" mövsümü qələbə ilə başa vurdu VİDEO

00:21 - 29 May 2017

İtaliya A Seriyasında 2016/2017-ci il mövsümünə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Roma" sonuncu - 38-ci turda doğma meydanda "Cenoa"nı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 3 - 2 hesablı qələbəsiylə başa çatıb.

 

Bu nəticədən sonra xallarını 87-yə yüksəldən "canavar"lar A Seriyasını 2-ci pillədə başa vurub.

 

"Roma" - "Cenoa" 3:2

QOLLAR: Edin Ceko, 10, Daniele De Rossi, 74, Dieqo Perotti, 90 - Pietro Pelleqri,3, Darko Laziviç, 79

 

Xəbər xətti