Luçesku "Zenit"dən qovuldu

Rusiyanın “Zenit” klubu baş məşqçisi Mirça Luçeskunu istefaya göndərib.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Belə ki, bu gün klubun Direktor Şurası rumıniyalı mütəxəssislə müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı qərar verib.

 

Rusiya mətbuatının bu istefa qərarından öncə yaydığı xəbərə görə, gələn həftə italiyalı Roberto Mançini “Zenit”də baş məşqçisi vəzifəsinə gətiriləcək.

 

Xatırladaq ki, Luçesku Sankt-Peterbrq klubuna ötən mövsümün əvvəli təyin olunmuşdu. Onun rəhbərliyi altında “Zenit” Premyer Liqada üçüncü yeri tutub.

Tarix: 29 May [00:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2017
21  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio