Heydər Əliyev kubokunda daha iki oyun keçirildi Video icmallar

12:26 - 29 May 2017

Naxçıvanda keçirilən Heydər Əliyev Kuboku uğrunda yarışda 2-ci turun qarşılaşmaları baş tutub. 28 may – Respublika gününə təsadüf edən 2-ci turun ilk oyunundan öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Azərbaycanın bayrağı ucaldılıb.

 

Sportal.az xəbər verir ki, günün ilk oyununda “Mil-Muğan” və MOİK komandaları üz-üzə gəliblər. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Günün ikinci oyununda “Araz Naxçıvan” “Zaqatala”nı məğlub edib - 2:1. Turnirin 3-cü – həlledici turu sabah reallaşacaq. 

 

Son tur öncəsi "Mil Muğan" və MOİK hərəyə 4 xalla liderlik kürsüsünü bölüşürlər. Meydan sahiblərinin aktivində 3 var. "Zaqatala" isə hər görüşdə məğlub olub.

 

“Mil-Muğan” - MOİK 1:1
Qollar:
Vüqar Əlibabayev, 21 - Rəhman Musayev, 5.

 

 

“Araz Naxçıvan” – “Zaqatala” - 2:1
Qollar:
Elşad Manafov, 42. Nurlan Novruzov, 57-pen. - Rəhman Şabanov, 10-pen. 

 

Xəbər xətti