Türkiyə kubokunun finalının baş hakimi məlum oldu

14:49 - 29 May 2017

Türkiyə kubokunun final matçının baş hakimi məlum olub.

 

Sportal.az xəbər verir ki, “Başakşəhər” və “Konyaspor” arasında keçiriləcək həlledici qarşılaşmanı Firat Aydınus idarə edəcək. FİFA referisinə Serkan Ok və Aleks Taşçıoğlu kömək edəcək.

 

Əskişəhər stadionunda keçiriləcək qarşılaşma mayın 31-də Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Xəbər xətti