Futbol matçı zamanı faciə: 5 ölü, 25 yaralı

18:51 - 29 May 2017

Honduras çempionatında "Motaqua" və "Proqreso" komandaları arasında keçirilən futbol matçında faciə baş verib.

 

Sportal.az xəbər verir ki, oyundan əvvəl yaşanan izdihamda ən azı 5 nəfər ölüb, 25-i yaralanıb. Xəstəxanadan bildirilib ki, olaylara stadiona girməyə çalışan tərəfdarlara polisin atdığı qaz bombası səbəb olub. Qazdan qaçmağa çalışan azarkeşlər bir-birilərini əzməyə başlayıblar.

 

Qeyd edək ki, insidentə baxmayaraq, Tequsiqalpa şəhər stadionundakı görüş təxirə salınmayıb. Bir dəqiqəlik sükutla başlanan qarşılaşma "Motaqua"nın qələbəsi ilə yekunlaşıb - 3:0.  

Xəbər xətti