"Barselona"nın yeni baş məşqçisi rəsmən bəlli oldu

00:18 - 30 May 2017

"Barselona"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Luis Enrikenin gedişindən sonra boş qalan posta Ernesto Valverde gətirilib. Bu barədə məlumat Kataloniya təmsilçisinin rəsmi saytından verilib. 53 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Valverdenin son iş yeri Bilbao "Atletik"i olub.

Xəbər xətti