Premyer Liqaya yüksələn sonuncu komanda məlum oldu

01:07 - 30 May 2017

İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu, üçüncü komandanın da adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, söhbət “Haddersfild” klubundan gedir. Sözügedən komanda Premyer Liqaya vəsiqə uğrunda pley-off mərhələsində “Ridinq”lə üz-üzə gəlib.

 

Qarşılaşmanın əsas vaxtında hesab açılamayıb. Oyuna artırılmış dəqiqələrdə də komandalar fərqlənə bilmədiyi üçün qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada rəqibini məğlub edən (4:3) “Haddersfild” 45 ildən sonra ilk dəfə Premyer Liqada oynamaq hüququ qazanıb.

 

Qeyd edək ki, “Haddersfild”dən öncə “Nyukasl” və “Brayton” komandaları Premyer Liqaya vəsiqəni təmin etmişdilər.

Xəbər xətti