Hart "Mançester Siti"yə qayıtdı

12:36 - 30 May 2017

“Torino”da icarə əsasında çıxış edən Co Hart müqavilə ilə məxsus olduğu “Mançester Siti”yə qayıdıb.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı qolkiperin Turin klubu ilə müqaviləsi başa çatıb. A Seriya təmsilçisi İngiltərə millisinin qolkiperini transfer etməkdən imtina edib.

 

Hart  bu mövsüm “Torino”da 37 oyuna çıxıb. Onun karyerasını "şəhərlilər"də davam etdirməyəcəyi gözlənilir.

Xəbər xətti