"Zirə" Riçard Qadze ilə bağlı qərar verdi

15:50 - 30 May 2017

Bu ilin yanvarından "Zirə"də çıxış edən Riçard Qadzenin taleyinə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Riçard Qadze ilə danışıqlar müsbət yekunlaşıb. "Zirə" qanalı futbolçu ilə 1+1 il şərti ilə yeni müqavilə imzalanıb.

 

22 yaşlı forvard Premyer Liqada 11 oyun keçirib və 3 qol vurub.

 

Qeyd edək ki, 2012-ci ildə vətənində “Ebusua” klubunda peşəkar karyerasına başlayan Qadze 3 il sonra Hindistan təmsilçisi “Delhi Dinamos”a keçib. Riçard həmçinin, icarə əsasında Finlandiyanın HİK klubunda da çıxış edib.

Xəbər xətti