Pike Harvard universitetində kursa yazıldı

18:12 - 30 May 2017

Barselona”nın futbolçusu Xerard Pike yay tətili zamanı istirahət etməyəcək.

 

Sportal.az xəbər verir ki, İspaniya millisinin üzvü kursa yazılıb. O, “Əyləncə, media və idman sahəsində biznes" kurslarının dinləyicisi olacaq. Kurslar Harvard universitetində təşkil olunacaq.

 

Qeyd edək ki, 30 yaşlı müdafiəçi bir müddət əvvəl bildirmişdi ki, karyerasını bitirdikdən sonra “Barselona”nın prezidenti olmaq istəyir.

Xəbər xətti