"Liverpul" "Çelsi"nin futbolçusunu transfer etdi

00:14 - 31 May 2017

“Liverpul” ilk transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, “Çelsi”dən ayrılan Dominik Solanke "qırmızılar"a transfer olub. 19 yaşlı hücumçu mersisaydlılara azad agent kimi keçib.

 

Qeyd edək ki, İngiltərənin gənclərdən ibarət millisinin üzvü olan Solanke ötən mövsüm Hollandiya Erediviziyası təmsilçisi “Vitess”də icarə əsasında çıxış edib.

Xəbər xətti