Mahrez "Lester Siti"dən ayrılır

01:40 - 31 May 2017

Əlcəzair millisinin üzvü Riyad Mahrez klubunu dəyişəcək.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu yaxın günlərdə “Lester” klubundan ayrılacaq. Bu barədə məlumatı yarımmüdafiəçi özü açıqlamasında verib. O, hansı kluba üz tutacağını açıqlamayıb: “Lester”ə böyük hörmətim var. Ötən il klub prezidenti ilə danışığım olmuşdu. Çempionlar Liqasında mübarizə aparacağımız üçün “Lester”də qalmağa qərar vermişdim. Amma hədəflərim var və daha iddialı klubda çıxış etmək istəyirəm. Ümid edirəm ki, “Lester” azarkeşləri qərarıma hörmət edəcəklər”.

 

Qeyd edək ki, Mahrez 2014-cü ildən “Lester”də çıxış edir. O, “tülkülər”lə 2015/16 mövsümündə Premyer Liqanın qalibi olub.

Xəbər xətti