Braziliyalı futbolçu: "Azərbaycan millisində oynamaq arzularımdan biri idi"

13:27 - 31 May 2017

“Qəbələ”nin sabiq braziliyalı yarımmüdafiəçisi Dodo vətənində verdiyi müsahibədə Azərbaycandakı günlərini xatırlayıb.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı cinah futbolçusu millimizdə çıxış etmək üzrə olduğunu, ancaq həmin dönəmdə komandadan ayrıldığını söyləyib:

 

“Mən 5 il idi ki, Azərbaycanda idim. Düşünürdüm ki, artıq bu ölkənin milli komandasında çıxış edəcəm. Bu mənim üçün yuxu kimi idi, arzularımdan biri idi. İnsanlar da tez-tez soruşurdu ki, millimiz üçün oynamağa hazırsan? Amma sonra oradan ayrıldım”.

 

Qeyd edək ki, Luis Hilario Dodo 2011/16-cı illərdə "Qəbələ"də çıxış edib. Dodo "Qəbələ"dən ayrıldıqdan sonra ölkəsinin B Seriyasında çıxış edən "Joinvil" klubuna keçib. Onun son klubu Yunanıstanın AEL komandasıdır.

Xəbər xətti