Mbappe: "Zidan mənim kumirim və xəyalımdır"

"Monako"nun gənc ulduzu Kilian Mbappe Madrid "Real"ına transfer olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 18 yaşlı hücumçu bu sözləri söyləyib:

 

"Zinəddin Zidanı bir oyunçu kimi təsəvvür edirəm, baş məşqçi kimi yox. Zidan mənim kumirim və xayalımdır. Hələ də onun videolarını izləyirəm və hərəkətlərini təkrar etdiyimi düşünürəm. Ancaq məşqçilik tamam başqa bir şeydir. Zidan həmçinin, möhtəşəm məşqçidir və qısa zamanda böyük uğurlar əldə etdi. Millinin baş məşqçisi Didye Deşamın transfer məsələlərində mənə verdiyi məsləhətlərə diqqətlə qulaq asıram. Düzdür, bu məsələdə heç kim rəhbərim deyil. Deşamla transferimlə bağlı deyil, millinin oyunlarından daha çox söhbət edirik. Az oynamaqdan qorxmuram. Üzərimdə daha çox çalışıram. "Monako"dan ayırlmağa isə qorxmuram, amma zamanı gözləmək lazımdır".

 

Qeyd edək ki, Mbappe cari mövsümdə 26 qol vurub.

Tarix: 31 May [13:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyun 2017
23  İyun 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio