Syomin "Lokomotiv"dən göndərilir?

15:44 - 31 May 2017

"Qəbələ"nin sabiq çalışdırıcısı Yuri Syomin “Lokomotiv”dən ayrıla bilər. 

 

Sportal.az “Match TV”yə istinadən əbər verir ki, Moskva klubunun rəhbərliyi təcrübəli mütəxəssisin işindən narazıdır. 

 

“Dəmiryolçular” cari mövsüm Rusiya kubokunu və Avropa Liqasına vəsiqə qazanmasına baxmayaraq, rəhbərlik komandanın çempionatdakı çıxışından razı deyil.

 

Qeyd edək ki, “Lokomotiv”in baş məşqçi postuna Viktor Skripnik, Hayko Foqelya və Leonid Kuçuk namizəddir. 

Xəbər xətti