"Volfsburq" amerikalı futbolçu transfer etdi

01:25 - 1 İyun 2017

“Volfsburq” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportal.az xəbər verir ki, “canavarlar”, “Herta”nın amerikalı müdafiəçisi Con Bruksu heyətinə cəlb edib. “Volfsburq” bu transfer üçün Berlin klubuna 17 milyon avro ödəyib.

 

ABŞ millisinin də üzvü olan 24 yaşlı müdafiəçi son mövsümdə meydana çıxdığı 30 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti