FİFA Türkiyə klubunu sabiq "Qəbələ"liyə görə cəzalandırdı

12:42 - 1 İyun 2017

FİFA Türkiyənin "Balıkəsirspor" klubunu cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, dünyanın ali futbol qurumu Balıkəsir təmsilçisinə transfer qadağası qoyub. 

 

Buna "qırmızı-ağlar"ın sabiq futbolçuları Ermin Zets, Ante Klulusiç, Nuno Koelho, Andre Santos və Yosip Tdiçə uzun müddətdi borcu olması səbəb olub. Qərara əsasən, klub bu ilin yay və qış transferləri dönəmində heyətinə futbolçu qatmaq hüququndan məhrum olub.  

 

Qeyd edək ki, bu futbolçulardan Ermin Zets 2015/2016 mövsümünü "Qəbələ"də keçirib. 

Xəbər xətti