"Zenit" Mançini ilə müqavilə imzaladı

16:40 - 1 İyun 2017

"Zenit" yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Roberto Mançini klubun yeni baş məşqçisi təyin olunub. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 52 yaşlı mütəxəssisin sonuncu iş yeri Milanın "İnter" klubu olub.

Xəbər xətti