Falkao daha 3 il "Monako"da

00:05 - 2 İyun 2017

"Monako" Radamel Falkao ilə yeni müqavilə imzalayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə müqavilənin müddəti 2020-ci ilə qədər uzadılıb.

 

Qeyd edək ki, komandanın kapitanı olan Falkao ötən mövsüm Fransa Liqasında 29 matçda 21 qol vurub, 9 qolun ötürməsini verib.

Xəbər xətti