Azərbaycanlı futbolçu "Spartak"a qayıdır? - açıqlama

12:15 - 2 İyun 2017

"Spartak"ın icarə əsasında "Anji"də oynayan Azərbaycan əsilli futbolçusu Ayaz Quliyev Moskva klubuna geri dönəcəyi haqda gəzən söhbətlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi məsləyə tezliklə aydınlıq gələcəyini söyləyib:

 

"Spartak"a qayıtmaq? Bu haqda dəqiq heç nə bilmirəm. Hər şeyə yaxın 10 gün ərzində aydınlıq gələcək. Ya "Spartak"a geri döncəm, ya da karyeramı "Anji"də davam etdirəcəm. Onu da bildim ki, "Spartak"ın uzun müddətdən sonra çempion olmasına sevinirəm. "Anji" ilə də uğur qazandıq. Premyer Liqada qalacağımıza inanırdım".

 

Quliyev 2016/17-ci illər mövsümündə "Anji"də 12 oyun keçirib. Qeyd edək ki, Mahaçqala klubu Ayazı qış fasiləsində 6 aylıq "Spartak"dan icarəyə götürmüşdü.

Xəbər xətti