"Səbail"dən növbəti transfer

16:13 - 2 İyun 2017

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq "Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Turan Tovuz"dan ayrılan Aqşin Muxtaroğlunu heyətinə cəlb edib. Onunla 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Səbail" bundan öncə Aqil Məmmədov və Kamal Qurbanovla anlaşmışdı. 

Xəbər xətti