Alleqri: "Çempionlar Liqası kubokunu muzeyimizə aparmalıyıq"

18:18 - 2 İyun 2017

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri sabah Çempionlar Liqasının finalında “Real”a qarşı keçirəcəkləri oyundan danışıb.

 

Sportal.az xəbər verir ki, o, əvvəlcə rəqibin gücündən danışıb: 

 

“Madrid klubunun gücünü bilirik. Onların mükəmməl texnikası və əla oyun tərzi var. Çox maraqlı və gərgin mübarizə şəraitində keçən final olacaq. Biz 2015-ci ildəki finaldan daha fərqli oynayacağıq. Bugünki səviyyəmiz də fərqlidir. Berlində oynadığımız finaldan sonra heyətimiz demək olar ki, tamamilə dəyişib. Yalnız 4-5 oyunçu burada qalıb. Bizim oyun tərzimiz, gücümüz getdikcə artıb, yaxşılaşıb. Motivasiya baxımından da hər şey fərqlidir”.

 

Alleqri bu dəfə kuboku əldən buraxmayacaqlarını bildirib: “Biz bu dəfə kuboku əldən buraxmayacağıq.Biz iki dəfə İtaliyanı kubokunu, Superkuboku qazandıq. Çempionlar Liqasının finalında oynadıq. Bu dəfə daha çox şeyə nail olmalıyıq. ÇL kubokunu muzeyimizə aparmalıyıq”.

 

Qeyd edək ki, “Yuventus” – “Real” finalı sabah Bakı vaxtilə saat 22:45-də keçiriləcək.

Xəbər xətti