UEFA Tottini mükafatlandırdı

18:37 - 2 İyun 2017

"Roma"nın futbolçusu Françesko Totti UEFA tərəfindən mükafatlandırılıb.
 
Sportal.az
xəbər verir ki, 40 yaşlı hücumçu UEFA-nın prezident mükafatına layiq görülüb. Bu barədə məlumatı Avropanın ali futbol qurumu yayıb. İtalyan hücumçu mükafatını avqustda, Monakoda alacaq.
 
“Roma”nın əfsanəsi bu mükafata layiq görülən 17-ci futbolçudu. Daha öncə Paolo Maldini, Alfredo Di Stefano, Eysebio, Frants Bekkenbauer, Raymond Kopa, Bobbi Çarlton, Frank Raykaard,Yohan Kroyff və başqa futbolçular UEFA-nın prezident mükafatına yiyələnmişdi.

Xəbər xətti