İnzaqi ilə yeni müqavilə imzalandı

19:45 - 2 İyun 2017

İtaliyanın "Latsio" klubu baş məşqçisi Simeno İnzaqi ilə müqaviləni yeniləyib.

 

Sportal.az xəbər verir ki, yeni sözləşməyə əsasən italyan mütəxəssis 2020-ci ilin yayına qədər Roma təmsilçisini çalışdıracaq.

 

Qeyd edək ki, Filipo İnzaqinin qardaşı olan 41 yaşlı məşqçi 2010-2016-cı illərdə "Latsio"nun əvəzedici komandasına rəhbərlik edib. Ötən ildən isə o əsas komandanı çalışdırır. İnzaginin rəhbərliyi altında "Latsio" A Seriyasını 5-ci pillədə tamamlayıb.

Xəbər xətti