Sabiq "Qəbələ"li Türkiyədə het-trik etdi

00:44 - 3 İyun 2017

“Qəbələ”nin sabiq futbolçusu Ermin Zets Türkiyənin “Karabükspor” klubun heyətində növbəti qollarını vurub.

 

Sportal.az xəbər verir ki, hücumçu Super Liqanın sonuncu turu çərçivəsində “Akhisar”la matçda het-trik edib. Onun qolları sayəsində “Karabükspor” rəqibini 3:2 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, Zets 2015/16 mövsümündə “Qəbələ”də çıxış edib.

Xəbər xətti