Ronaldo: "De Hea yaxşı qapıçıdı, amma "Mançester Yunayted"də"

13:17 - 3 İyun 2017

Kristiano Ronaldo "Mançester Yunayted"in qapıçısı David De Heanın "Real"a transfer olacağı haqqında iddialara münasibət bildirb.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu De Heanın dünya səviyyəli qapıçı olduğunu, amma onun "kral klubu"na gələcəyinə inanmadığını bildirib. Ronaldonun fikrincə ispan qapıçı haqda dedi-qoduların çıxması normaldı, lakin bu o qədər də real deyil:

 

"Keylor Navas "Real"ın qapıçısıdı. De Hea da yaxşı qapıçıdı, amma "Mançester Yunayted"də.Hər il 50 min futbolçu haqda danışılır, həmişə eyni adlar müzakirə olunur. Danışılan o qədər adamdan biri, və ya ikisi gəlir. Bu qədər".

Xəbər xətti