"Səbail"dən növbəti transfer

14:46 - 3 İyun 2017

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq "Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Zirə"dən ayrılan Yamin Ağakərimzadəni heyətinə cəlb edib. Gənc yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, "Səbail" bunadək Aqil Məmmədov, Emin Mehdiyev, Aqşin Muxtaroğlu və Kamal Qurbanovla anlaşmışdı.

Xəbər xətti