Sabiq "Xəzər Lənkəran"lı İtaliya A Seriyasında oynaya bilər

16:52 - 3 İyun 2017

“Xəzər Lənkəran”ın sabiq futbolçusu, son iki mövsümü Türkiyənin “Antalyaspor” klubunun heyətində keçirən Etame Mbilla karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Antalya təmsilçisi ilə müqaviləsi başa çatan futbolçu agentlər tərəfindən İtaliya A Seriyasında mübarizə aparan “Latsio” klubuna təklif edilib. Əgər Roma təmsilçisinin məşqçilər korpusu razılıq versə, 28 yaşlı futbolçunun kluba keçidi rəsmiləşəcək.

 

Qeyd edək ki, Mbilla 2013/14 mövsümündə “Xəzər Lənkəran”da oynamışdı. Kamerunlu futbolçu bu mövsüm “Antalyaspor”un heyətində çıxdığı 28 oyunda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti