Millimizin qolkiperinə Türkiyə klublarından təklif - AÇIQLAMA

17:35 - 3 İyun 2017

"Sumqayıt"dan ayrılan gənc qolkiper Tərlan Əhmədli Sportal.az saytına açıqlama verib.

 

U-21 millimizin üzvü olan qapıçı ayrılığın səbəbini açıqlayıb: "Sumqayıt"la müqavilə başa çatdı. Ancaq sözləşməni uzatmadıq. Oynamaq şansım az olduğu üçün klubdan ayrıldım".

 

Əhmədli təkliflərdən danışıb: "Bəli, təkliflər var. Amma dəqiq heç nə yoxdu. Yaxın günlərdə bütün suallara aydınlıq gələcək. Çox istəyirəm ki, legioner həyatı yaşayım. Türkiyədən də təkliflər var. Qardaş ölkənin 1-ci və Bal liqasından maraqlanırlar. Amma dəqiq qərarımı verməmişəm".

 

Tərlan adının "Neftçi" ilə hallanmasına da münasibət bildirib: "Neftçi"dən mənimlə heç kim əlaqə saxlamayıb. Transfer məsələmə yaxın günlərdə aydınlıq gələcək".

Xəbər xətti