Reynaldo "Adanaspor"dan ayrılır - Azərbaycana gəlir?

12:34 - 4 İyun 2017

Qış fasiləsində "Qarabağ"dan Türkiyənin "Adanaspor" klubunda transfer olunan Reynaldo Silva gözlənilənləri vermədi.
 
Sportal.az xəbər verir ki, onun komandası Super Liqa ilə vidalaşıb. Braziliyalı hücumçunun hazırda işləri qaydasında getmir. 27 yaşlı forvard 9 oyunda meydana çıxıb və qol vura bilməyib.

 

Məlumatlara görə, "Adanaspor" heyətdən bir çox futbolçuları uzaqlaşdırılacaq və bəziləri transferə çıxarılacaq.

Reynaldonun da  "Adanaspor"dan ayrılacağı gözlənilir. Braziliyalı futbolçunun karyerasını yenidən ölkəmizdə ya da Türkiyə klublarının birində davam etdirəcəyi gözlənilir.
 
Qeyd edəki, Reynaldo 2013/17-ci illərdə "Qarabağ"da çıxış edib.

Xəbər xətti