Alleqri: "Növbəti mövsüm yenə eyni məqsədlər üçün oynayacağıq"

14:33 - 4 İyun 2017

"Yuventus" Çempionlar Liqasının finalında "Real"a 1:4 hesabı ilə uduzub və turniri 2-ci yerdə tamamlayıb.

 

Sportal.az xəbər verir ki, Turin klubunun çalışdırısı Massimilyano Allerqi oyundan sonra fikirlərini bildirib:

 

“Bu mövsüm əldə etdiklərimizlə qürur duymalıyıq. Bura titulu qazanmaq üçün gəlmişdik. Ancaq planımız alınmadı. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə isə psixoloji cəhətdən təslim olduq. Biz toparlanmalı, konsentrasiyamızı itirməməliydik. İlk hissədə çox energi itirdik. Topa nəzarət zamanı da tələsirdik. Ancaq sakitliyimizi qorumalıydıq. Fasilədən sonra oyunda qalmaq üçün əlavə enerji tapmalıydıq. Növbəti mövsüm yenə də eyni məqsədlər üçün oynayacağıq. Bu vəzifələri həyata keçirmək üçün yetərli heyətimiz var”.

Xəbər xətti