"Kəpəz" "Neftçi"nin futbolçusunu transfer etdi

13:45 - 4 İyun 2017

Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə razılığa gəlib.

 

Sportal.az xəbər verir ki, Nizami yurdunun təmsilçisi Ruzi Qiyaslı ilə bir il müddətinə anlaşıb. Son mövsümü icarə əsasında I divizion klubu “Şəmkir”də keçirən 23 yaşlı qolkiper müqavilə ilə “Neftçi”yə məxsus olub.

 

Qeyd edək ki, "Kəpəz" İlyas Səfərzadə (“Qarabağ”), Kamran Abdullazadə (“Sumqayıt”), İlkin Sadıqov (“Turan Tovuz”), Tural Cəlilov ("Zirə") və Azər Məmmədovu ("Turan Tovuz") da transfer edib.

Xəbər xətti