Zidan: "Belə futbolçularla bir yerdəsənsə, möcüzə yaratmaq mümkündü"

15:00 - 4 İyun 2017

"Real" Çempionlar Liqasının finalında "Yuventus"a 4:1 hesabı ilə qalib gəlib və turnirin qalibi olub. 

 

Sportal.az xəbər verir ki, Madrid klubunun çalışdırısı Zinəddin Zidan oyundan sonra fikirlərini bildirib:

 

“Biz xoşbəxtik. Bunu əvvəllər heç bir komanda bacarmayıb. Çempionatda və ÇL-də qələbə naminə əzmlə çalışdıq. Sən böyük klubda və belə futbolçularla bir yerdəsənsə, onda möcüzə də yaratmaq mümkündü. Çox güclü komandaya qarşı oynadıq.”Yuventus” ilk hissədə bizə xeyli çətinlik yaratdı. Amma ikinci hissədə fiziki cəhətdən daha yaxşı oyun göstərdik. Topla yaxşı davrandıq və layiqli qələbə qazandıq. Mən “Yuventus”un heyətində 5 il keçirmişəm. Bu klub həmişə qəlbimdə olacaq”.

Xəbər xətti