"Turan Tovuz"un Premyer Liqaya yolunu bağlayan daha bir fakt

15:34 - 4 İyun 2017

“Turan Tovuz” I Divizionda çempion olsa da bu kluba AFFA tərəfindən Premyer Liqada oynamaq üçün lisenziya verilmədi. Buna səbəb kimi kluba sponsorun tapılmaması göstərildi. Halbuki bu cür şəxslər var idi və deyilənə görə, onlar AFFA-nın qoyduğu şərtləri qəbul etmədikləri üçün sponsorluq məsələsi də baş tutmamışdı.


Sportal.az Rekord.az saytına istinadən xəbər verir ki, Tovuz klubunun elitada oynamasının qarşısını alan daha bir maraqlı məlumat var.


Deyilənə görə, AFFA rəhbərliyi son anda Tovuz rayon rəhbərliyinə komandaya şərikli baxmağı təklif edib. Lakin rayon rəhbərliyi başqa təklif irəli sürüb. Federasiyaya təklif olunub ki, onlar “Turan Tovuz” üçün illik 1 milyon manat büdcə ayırsınlar. Lakin həmin pulun xərclənməsinə qarışmasınlar. Yəni pulu AFFA ayırsın, klubu isə icra hakimiyyəti idarə etsin. Təbii ki, federasiya rəhbərliyi bu təklifi yaxına belə buraxmayıb. Beləliklə, “Turan Tovuz”un Premyer Liqaya olan sonuncu yolu da bağlanıb.

 

 

Xəbər xətti