Şeydayevin komandası "Anji"ylə qarşılaşacaq

16:25 - 4 İyun 2017

Rusiya Premyer Liqasında çıxış edən "Anji" iyunun 21-dək iyulun 6-dək Sloveniyanın Çatek-na-Savi şəhərində təlim-məşq toplanışı keçəcək.

 

Sportal.az xəbər verir ki, Mahaçqala təmsilçi toplanış çərçivəsində bir neçə yoxlama matçı da keçirəcək. Rəqiblər sırasında millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Slovakiya çempionu “Jilina” da var.

 

Qeyd edək ki, "Jilina" Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Xəbər xətti