Türkiyə millisində itki: Heyətdən kənarlaşdırıldı

17:07 - 4 İyun 2017

Türkiyə milli komandasının heyətində itki baş verib.

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça"nın futbolçusu Şener Özbayraklı komandanın məşqi zamanı əzələsindən zədə alıb. Türkiyə Futbol Federasiyasının rəsmi saytından verilən açıqlamada təcrübəli müdafiəçinin millinin heyətindən kənarlaşdırıldığı bildirilib.

 

Qeyd edək ki, Özbayraklı "ay-ulduzlular"ın DÇ-2018-in seçmə mərhələsində Kosova ilə və Makedoniya ilə keçiriləcək hazırlıq matçında iştirak etməyəcək.

Xəbər xətti