Ronaldo: "İnsanların məni tənqid etmək üçün deyəcək sözləri qalmayıb"

17:24 - 4 İyun 2017

"Ümid edirəm ki, insanların artıq məni tənqid etmək üçün deyəcək sözləri qalmayıb. Çünki rəqəmlər yalan deməz"

 

Sportal.az xəbər verir ki, bu fikirləri Çempionlar Liqasının "Yuventus"la final matçından (4 - 1) sonra "Real"ın ulduz futbolçusu Kristiano Ronaldo jurnalistlərə verdiyi açıqlamasında səsləndirib.

 

Matçda vurduğu 2 qolla komandasının qitənin ən nüfuzlu klub turnirinin qalibi olmasında böyük pay sahibi olan portuqaliyalı hücumçu çox xoşbəxt olduğunu bildirib:

 

"Möhtəşəm bir mövsüm keçirdim. Mən və komanda yoldaşlarım iki kubok qazanmağın sevincini yaşadıq. Çox xoşbəxtəm. Karyeramın ən gözəl günlərindən biridi. Deyəsən bunu hər il deyəcəyəm. Elə görünür. Ağlımda yalnız rəqəmlər var. Özümü gənc bir uşaq kimi hiss edirəm".

Xəbər xətti