"Qəbələ"nin bütün rəqibləri müəyyənləşdi

19:22 - 4 İyun 2017

“Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlıqlarına start verib.

 

Sportal.az xəbər verir ki, iyunun 3-də Bakıda bir araya gələn komanda hazırlıq prosesinə yerli oyunçularla başlayıb.
 
Toplanışın ilk gününü fitnes zalında çalışmalarla keçirən “qırmızı-qaralar” ayın 6-dək paytaxtda məşq edəcək. “Qəbələ” iyunun 7-də təlim-məşq toplanışı keçirmək üçün Avstriyaya yola düşəcək.
 
Təmsilçimiz ayın 23-dək Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində məskunlaşacaq. “Stubaierhof” otelində qalacaq “qırmızı-qaralar” 4 yoxlama oyunu keçirəcək.
 
İyunun 12-də Roman Qriqorçukun yetirmələri Avstriyanın regional liqasında çıxış edən yerli “Fulpmes”lə üz-üzə gələcək.
 
Üç gün sonra Rusiyanın “Terek” komandası ilə görüşəcək “Qəbələ” son iki matçında Bolqarıstan təmsilçiləri ilə qarşılaşacaq. Ayın 19-da Plovdivin “Botev” klubu, 22-də isə bu ölkənin çempionu “Ludoqorets” komandasının rəqibi olacaq. (Klub saytı)

Xəbər xətti