Türkiyə Super Liqasına yüksələn son komanda məlum oldu

01:48 - 5 İyun 2017

Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, son vəsiqə uğrunda həlledici matçda "Əskişəhərspor" və "Göztəpə" komandaları üz-üzə gəlib.

 

Qarşılaşmanın əsas vaxtı 1 - 1 hesablı bərabərliklə yekunlaşıb. Əlavə vaxtda da hesab dəyişmədiyi üçün penalti seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan "Göztəpə" (3 - 2) Super Liqaya yüksəlib.

 

Qeyd edək ki, daha öncə "Sivasspor" və "Yeni Malatyaspor" komandaları yüksək liqada oynamaq hüququ qazanmışdı.

Xəbər xətti