Millimizdə yeni futbolçu

11:38 - 5 İyun 2017

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iyunun 9-dək Avstriyanın Zaltsburq şəhərində təlim-məşq toplanışında olacaq.

 

Sportal.az xəbər verir ki, Yaşar Vahabzadə iyunun 9-dək davam edəcək hazırlıq prosesinə 19 futbolçu çağırıb. Onların arasında ilk dəfə milliyə dəvət alan futbolçu var. Söhbət Onur Albayrakdan gedir. 20 yaşlı futbolçu ilk dəfə siyahıda yer alıb. Hücumçu mövqeyində çıxış edən Onur əvvəllər Danimarkanın 17 yaşadək futbolçulardan ibarət yığmasında keçirdiyi 4 oyunda 1 qol vurub. Forvard Danimarkanın U-18 komandasında da 2 oyun keçirib.

 

Albayrak Danimarkanın I Divizionunda çıxış edən "Hobro" klubunda çıxış edir. Onun komandası növbəti mövsümdən etibarən Danimarka Super Liqasında çıxış edəcək.

Xəbər xətti