Aqil Məmmədov "Qəbələ"də

15:03 - 5 İyun 2017

Azərbaycan milli komandasının üzvü Aqil Məmmədovun yeni klubu müəyyənləşib. “Səbail”ə keçəcəyi gözlənilən futbolçu son anda “Qəbələ” ilə müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Futbol11.az saytına Aqilin özü məlumat verib: “Qəbələ” ilə müqavilə imzaladım. Samir Əliyevlə “Səbail”ə keçmək barədə danışmışdıq. “Qəbələ”dən təklif gələndə Samir müəllimlə danışdım, məsələni yoluna qoyduq və “Qəbələ” ilə bir illik müqavilə imzaladım”.

 

Qeyd edək ki, Aqil Məmmədovun sonuncu klubu AZAL olub.

Xəbər xətti