"Səbail" Ramazan Abbasovu yola saldı

17:32 - 5 İyun 2017

Premyer Liqasının debütantı “Səbail” heyətinin ən təcrübəli oyunçusu Ramazan Abbasovla bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, komandanın I Divizionda gümüş medallar qazanmasında əməyi olan və bir sıra görüşlərdə kapitan kimi meydançaya çıxan Ramazanla yeni müqavilə imzalamayacaq. Klub bunu daha çox gənc oyunçulara güvənməsi ilə əlaqələndirib.

 

Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü elitanın iddialı klublarının da formasını geyinib.

Xəbər xətti