"Başakşəhər" "Qalatasaray"ın futbolçusunu transfer etdi

18:37 - 5 İyun 2017

Türkiyə Super Liqasında mövsümü ikinci pillədə başa vuran "Başakşəhər" ilk transferini gerçəkləşdirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Qalatasaray"dan ayrılan Aurelian Şedjunu heyətinə cəlb edib. Kamerunlu mərkəz müdafiəçisi vitse-çempionla 3 illik müqavilə imzalayıb. 31 yaşlı futbolçu yeni komandasında 22 nömrəli formanı geyəcək.

 

Qeyd edək ki, Çedju "Qalatasaray"a 2013-cü ildə Fransanın "Lill" komandasından transfer olmuşdu.

Xəbər xətti