Kamran Ağayev üçün "Səbail" variantı

10:10 - 6 İyun 2017

"Boavişta"dan ayrıldıqdan sonra millimizin qolkiperi Kamran Ağayev klubsuzdur. Onunla Rusiyanın "Amkar" klubları danışıqlar aparsa da sonda onun xidmətindən yararlanmaqda imtina etmişdi.

 

Sportal.az xəbər verir ki, təcrübəli əlcək sahibinin karyerasını ölkəmizdə davam etdirmək variantı var. Ağayev qapıçı axtarışında olan "Səbail"lə müqavilə imzalaya bilər. Premyer Liqanın debütantı Aqil Məmmədovla razılığa gəlsə də o, daha sonra "Qəbələ"yə keçmişdi.

 

"Səbail" Kamranın transferi ilə bağlı yekun qərarı tezliklə verəcək.

Xəbər xətti