Arda Turan jurnalistə hücum etdi QALMAQAL

11:25 - 6 İyun 2017

Türkiyə millisinin kapitanı Arda Turan qalmaqala səbəb olub. "Barselona"nın futbolçusu jurnalistlə dava edib.

 

Sportal.az xəbər verir ki, ulduz futbolçu jurnalist Bilal Meşenin üzərinə hücum çəkib. Hadisə İtaliyaya gedən milli komandanın təyyarəsində baş verib. Meşe 2016-cı ildə AÇ-2016-da pul mükafatının az olduğuna görə millinin zəif oynadığını iddia edən yazı yazmışdı. Meşe həmçinin, mükafata görə Ardanın da zəif oyun nümayiş etdirdiyini yazıda xüsusi qeyd etmişdi.

 

Təyyarədə bunu xatırlayan yarımmüdafiəçi bundan əsəbiləşib. Nəticədə Arda jurnalistin boğazından yapşıraq ona qarşı təhqiredici ifadələr səsləndirib və döymək istəyib:

 

“Söylə görüm, orda idinmi, haqqımızda elə xəbər yazdın? Biz kimdən pul dilənmişik? Bunları sənə kim yazdırıb? Bizim ölkə belədir, indi də səni təyyarəyə götürüblər. Deyirəm, eşitsinlər, sənin kimisini bu təyyarəyə götürənin... Məni də başqaları kimi zənn etdin, fahişənin balası. Mən futboldan gedərəm, amma ailəmə söz gətirmərəm”.

 

Arda Turanı digər şəxslər sakitləşdirə biliblər. Millinin baş məşqçisi Fatih Terim isə hadisəyə biganə qalıb.

Xəbər xətti