"İnter" Türkiyəyə yollandı

12:39 - 6 İyun 2017

"İnter" təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yollanıb.

 

Sportal.az xəbər verir ki, payaxt klubu Boluda hazırlaşacaq. Təlim-məşq toplanışı iyunun 19-dək davam edəcək. Toplanış müddətində 4 yoxlama oyunu nəzərdə tutulub. "İnter"in rəqiblərindən biri Rumıniya çempionu “Vitrolul”dur.

 

Qeyd edək ki, "Azərbaycanı Avropa Liqasında təmsil edən "İnter" I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. "Sabiq bankirlər"in rəqibi iyunun 19-da məlum olacaq.

Xəbər xətti